Çin ABŞ-ı Maduro və xanımını azad etməyə çağırdı

Çin ABŞ-ı Maduro və xanımını azad etməyə çağırdı

Dünya 04.01.2026 16:52 51

Çin Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin azad olunması çağırışı ilə çıxış edib.

Az24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ın suveren bir dövlətə qarşı güc tətbiq etməsindən və həmin ölkənin dövlət başçısına qarşı sərgilədiyi mövqedən narahat olduqlarını bildirib.

Açıqlamada qeyd olunub ki, ABŞ-ın bu addımı beynəlxalq hüququn, beynəlxalq münasibətlərin əsas normalarının və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Açıqlamada ABŞ-ın Latın Amerikası və Karib hövzəsində sülh və təhlükəsizliyi təhdid etdiyi vurğulanıb, problemlərin dialoq və danışıqlar yolu ilə həll edilməsinin vacibliyi qeyd olunub.

Dəniz

Reklam