Astaradakı mikroavtobus qəzasının görüntüləri yayıldı – VİDEO

Astaradakı mikroavtobus qəzasının görüntüləri yayıldı – VİDEO

Cəmiyyət 04.01.2026 15:30 51

Xəbər verdiyimiz kimi, ötən gün Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Az24.az milli.az-a istinadlaxəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Təngərüd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Astara-Lənkəran marşrut xətti üzrə hərəkət edən “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı dirəyə çırpılaraq aşıb.

Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən xəsarət alan və həyatını itirənlərin olduğu bildirilir.

Qeyd edək ki, yaralılar dərhal hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəzanın görüntülərini təqdim edirik:

Reklam