Atalarının əslində babaları olduğunu öyrəndilər – Analarına təcavüz edibmiş

Atalarının əslində babaları olduğunu öyrəndilər – Analarına təcavüz edibmiş

Dünya 04.01.2026 20:00 85

Almaniyada yaşayan Nazire–Cəlaləddin G. cütlüyünün 4 övladı analarının 3 il əvvəl vəfatından sonra qohumlardan eşitdikləri söz-söhbətlər səbəbilə DNT testi etdiriblər. Qardaş-bacı Selahattin (44), Leyla, Nejla (49) və Döndü arasında aparılan testlərin nəticəsinə görə Döndü və Leylanın bioloji atasının Cəlaləddin G. olmadığı məlum olub.

Bu nəticəni kənddəki qohumları ilə müzakirə edən bacı-qardaşlara “Sizin atanız əslində babanızdır” deyilib. Bundan sonra 4 bacı-qardaş illər sonra analarının başına nə gəldiyini və əslində nələrin yaşandığını araşdırmağa başlayıb. Onlar 13 il əvvəl vəfat etmiş babaları Selahattin G.-nin analarına cinsi təcavüz etdiyini düşünərək soybağının müəyyən edilməsi üçün məhkəməyə müraciət ediblər.

Leyla və Döndü G. bioloji atalarının müəyyən olunması üçün mərhum babalarının məzarının açılaraq DNT testi aparılmasını gözləyir. Eyni zamanda, analarının məzarının Selahattin G.-nin məzarının yanından köçürülməsini istəyirlər.

Üç bacı Almaniyadan Zonguldaka gələrək həm hüquqi prosesləri izləyib, həm də analarının məzarını ziyarət ediblər. Döndü G. bildirib ki, doğulduqları gündən etibarən ata bildikləri şəxs tərəfindən həm bacıları, həm də mərhum anaları ağır zorakılığa məruz qalıb: “Bizi döyə-döyə böyütdülər. Ata bildiyimiz adam bizi sevmədi, insan yerinə qoymadı. Heç vaxt “qızım” demədi, daim təhqir edərək çağırdı”.

O, anasının qadın sığınacaq evində olarkən “Canıma qəsd edir, məni öldürəcək” dediyini, lakin sonradan yenidən geri qayıtmağa məcbur qaldığını da danışıb. Döndü G. deyib ki, illər sonra içlərində şübhə yaranıb və DNT testi etdikdən sonra hər şey üzə çıxıb.

Döndü G. Türkiyədə soybağı ilə bağlı məhkəmə işi açdıqlarını deyib:
“Dövlət bizə kömək etdi. Almaniyada etdiyimiz testlə eyni nəticə alındı – o, bizim atamız deyil. Kənddə hamı bilirmiş ki, bizim bioloji atamız babamızdır. Anamı içkili halda zorlayıb”.

Döndü G. anasının Torlaklar kənd qəbiristanlığında, qayınatasının məzarının önündə dəfn edildiyini bildirib:
“Biz anamın məzarının köçürülməsini istəyirik. Əgər hər şey sübut olunarsa, onu təcavüzkarının yanında yatmasını istəmirik. Bu bizim təbii haqqımızdır”.

Nejla G. isə Cəlaləddin G.-nin Almaniyada 10-a yaxın cinayət qeydinin olduğunu, ailə üzvlərinə qarşı zorakılığa görə həbs və pul cəzası aldığını bildirib. Onun sözlərinə görə, bu hadisələr Alman mətbuatında da işıqlandırılıb.

Dəniz

Reklam