İranda polis idarəsinə basqın – ölənlər və yaralananlar var
İranda polis idarəsinə edilən hücum nəticəsində ölən və yaralananların sayı artıb.
Az24.az xəbər verir ki, Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçılar polis idarəsinə daxil olmağa cəhd ediblər.
Bu zaman silahlı qarşıdurma baş verib və üç nəfər həyatını itirib.
“Mehr” Xəbər Agentliyinin məlumatına əsasən, ölənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşı, digər ikisi isə etirazçılardır. Hadisə zamanı bir neçə nəfərin də yaralandığı bildirilir.
Xatırladaq ki, İranda ümumxalq etirazları çərçivəsində bundan əvvəl üç nəfərin öldüyü açıqlanmışdı.
Qeyd olunur ki, son illərdə İranda milli valyutanın dollara qarşı kəskin ucuzlaşması və yüksək inflyasiya nəticəsində ölkədə son üç ilin ən genişmiqyaslı etiraz aksiyaları keçirilir. (milli.az)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
11.01.2026
23:18
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
11.01.2026
21:02
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
11.01.2026
20:39
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
11.01.2026
18:43
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
11.01.2026
17:35
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
11.01.2026
13:00
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO
11.01.2026
12:31
Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək
11.01.2026
10:23