Ermənistanda qazdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ

Ermənistanda qazdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ

Dünya 04.01.2026 13:00 61

Bu gün Ermənistanın Kotayk vilayətinin Abovyan şəhərində, İrəvan yaxınlığında yerləşən bir qazdoldurma məntəqəsində partlayış və ardınca yanğın hadisəsi qeydə alınıb.

Az24.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib və ilkin məlumatlara görə bir nəfər xəsarət alıb.

Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları qaz sızmasını aşkar ediblər. İlkin versiyaya əsasən, işçilərdən biri siqaret yandıraraq otağa daxil olub, bu isə partlayışa səbəb olub. Yaralanan şəxs dərhal İrəvandakı ixtisaslaşmış Yanıq Mərkəzinə çatdırılıb, vəziyyətinin ciddi olduğu bildirilir.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb və məsələ ilə bağlı təfərrüatlar araşdırılır.

Dəniz

Reklam