BMT TŞ Venesuelaya görə fövqəladə iclas keçirəcək

BMT TŞ Venesuelaya görə fövqəladə iclas keçirəcək

Dünya 04.01.2026 12:13 48

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.

Az24.az xəbər verir ki, iclas Kolumbiyanın tələbi əsasında baş tutacaq.

BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında artan gərginliklə bağlı iki dəfə, oktyabr və dekabr aylarında toplanıb.

Reklam