Maduro və xanımı ABŞ-da bu həbsxanada saxlanılacaq – FOTO

Maduro və xanımı ABŞ-da bu həbsxanada saxlanılacaq – FOTO

Dünya 04.01.2026 10:52 123

ABŞ-ın həyata keçirdiyi əməliyyat zamanı həyat yoldaşı ilə birlikdə saxlanılan Venesuela Dövlət Prezidenti Nikolas Maduronun və xanımının Nyu-Yorkda yerləşən Metropolitan Təcridxanasına aparılmasının gözlənildiyi bildirilib.

Az24.az xarici mətbuata istinala xəbər verir ki, Metropolitan Təcridxanası son illər ərzində gigiyena problemləri, şaxtalı soyuq şərait və zorakılıq hadisələri ilə tez-tez gündəmə gəlir.

Bu həbsxana federal hökumət tərəfindən idarə olunan və xüsusilə son illərdə ağır yaşayış şəraiti ilə gündəmdən düşməyən bir təcridxanadır. Məhkəməsi davam edən təqsirləndirilən şəxslərin saxlanıldığı bu müəssisə xroniki kadr çatışmazlığı, gigiyena problemləri, zorakılıq halları və dondurucu soyuqla bağlı humanitar böhranlarla xatırlanır.

Aralarında Sean “Diddy” Combs və Sam Bankman-Fried kimi dünyaca məşhur şəxslərin də olduğu bir çox yüksək profilli məhbusu qəbul etmiş bu müəssisə hazırda ABŞ həbsxana sistemindəki çatışmazlıqların ən bariz simvollarından biri hesab olunur.

Dəniz

Reklam