Yanvarda Bakıya qar yağacaq – BU TARİXDƏ
Azərbaycanın bəzi bölgələrində artıq qar yağır, dağlıq və dağətəyi ərazilər ağ örtük altındadır. Amma Bakı hələ də qara həsrət qalıb və paytaxt sakinləri qarın nə vaxt yağacağını maraqla gözləyir.
Bakıda yaxın günlərdə qarın yağması ehtimalı varmı?
Az24.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Arzu Mustafayevin sözlərinə görə, Azərbaycan ərazisində hava şəraitinə əsasən altı regionda formalaşan hava kütlələri təsir göstərir:
“Qarın düşməsi isə daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. Bu zonalarda dəniz səviyyəsindən hündürlük, havanın temperaturu və atmosfer təzyiqi fərqlidir. Yağıntıların sulu qar və ya qar şəklində düşməsi məhz bu atmosfer şəraitində temperaturun mənfi dərəcələrdə olmasından qaynaqlanır”.
A.Mustafayev deyib ki, qar olmasa da, bəzi yerlərdə gecələr temperatur sıfır dərəcə və hətta mənfi ola bilər:
“Bakı ərazisində qarlı yağış olmasa da, gecələr şaxta davam edəcək. Yanvarın 10-12-si arası yağıntıların konkret forması və miqdarı daha dəqiq müəyyənləşəcək. Bu dövrdə sulu qar və ya qar şəklində yağıntı gözlənilir. Ümumilikdə isə növbəti bir neçə gün ərzində böyük və intensiv yağışlar proqnozlaşdırılmır”.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…