Venesuelada idarəçilik ona həvalə edildi

Venesuelada idarəçilik ona həvalə edildi

Dünya 04.01.2026 09:53 48

Venesuelada hakimiyyətlə bağlı mühüm qərar qəbul edilib. Ölkənin Ali Məhkəməsi prezident Nikolas Maduronun saxlanılmasından sonra dövlət idarəçiliyinin müvəqqəti olaraq vitse-prezident Delsi Rodriqezə verilməsi barədə qərar çıxarıb.

Az24.az xəbər verir ki, qərar prezidentin gözlənilməz şəkildə ölkə rəhbərliyindən kənarda qalması fonunda dövlət strukturlarının fasiləsiz fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Xarici KİV-lər bildirir ki, Ali Məhkəmə bu addımı inzibati sabitliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi və yaranmış vəziyyətə hüquqi çərçivənin formalaşdırılması zərurəti ilə əsaslandırıb.

Dəniz

Reklam