Ana 6 yaşlı oğlunu öldürdü, meyiti parçalara ayırıb gölə atdı – FOTOLAR

Ana 6 yaşlı oğlunu öldürdü, meyiti parçalara ayırıb gölə atdı – FOTOLAR

Dünya 17.11.2025 15:20 54

Moskvanın şərqində yerləşən Qolyanovski gölündə dəhşətli hadisə üzə çıxıb — gölə atılmış zibil torbasından altı yaşlı uşağa məxsus baş hissəsi tapılıb.

Az24.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, hüquq-mühafizə orqanları qısa müddətdə cinayətdə şübhəli bilinən şəxsi müəyyən ediblər. Məlum olub ki, Balaşixa şəhər sakini, azyaşlının anası Yelena saxlanılıb.

İlkin istintaq məlumatlarına əsasən, qadın oğlunu öldürdüyünü etiraf edib. O, hadisə zamanı sərxoş olduğunu, uşaq meyitini hissələrə bölüb müxtəlif yerlərə atdığını bildirib.

Müstəntiqlər cinayət yerində araşdırma aparıb, sübut kimi götürülmüş bıçaqlar və digər əşyalar ekspertizaya göndərilib. Qadının psixi vəziyyətinin müəyyən edilməsi üçün psixiatrik müayinədən keçiriləcəyi qeyd olunub.

Hadisənin tam təfərrüatları araşdırılır.

Reklam