Tramp indi də bu ölkəni HƏDƏLƏDİ

Tramp indi də bu ölkəni HƏDƏLƏDİ

Dünya 04.01.2026 09:40 64

Venesuela Prezidenti Nikolas Maduronu saxlayaraq Nyu-Yorka gətirən ABŞ Prezidenti Donald Tramp hədəfində olan yeni ölkəni açıqlayıb.

Az24.az xəbər verir ki, Tramp Venesuelaya qarşı həyata keçirilən hərbi əməliyyatdan sonra ilk dəfə kameralar qarşısına çıxıb. Tramp şənbə axşamı Dövlət katibi Marko Rubio ilə birlikdə jurnalistlərə verdiyi açıqlamada əməliyyatın birbaşa öz göstərişi ilə icra olunduğunu təsdiqləyib.

Mətbuat konfransının son hissəsində jurnalistin sualını cavablandıran Tramp uzun illərdir sosialist idarəçilik altında olan Kubaya da toxunub. Trampın Kubaya mümkün müdaxilə ehtimalını açıq saxlayan açıqlamaları Vaşinqtonun bölgədəki siyasi və hərbi təzyiqini Kubaya doğru genişləndirə biləcəyi kimi şərh olunub.

Trampın açıqlamalarından sonra daha sərt mövqe ilə çıxış edən ABŞ Dövlət katibi Marko Rubio Kuba rəhbərliyini açıq şəkildə hədəf alıb. Rubio, “Bu gün kubalı bir dövlət adamı olsaydım, açığı bir az narahat olardım”, – deyə bildirib.

Rubiodan sonra yenidən söz alan Tramp Kuba xalqının uzun müddətdir ciddi çətinliklər yaşadığını vurğulayıb. Tramp mümkün müdaxilə ilə bağlı fikirlərini “humanitar” çərçivədə əsaslandırmağa çalışsa da, bu açıqlamalar bölgədə gərginliyin daha da arta biləcəyi ilə bağlı şərhlərə səbəb olub.

Dəniz

Reklam