500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər – ŞAD XƏBƏR
Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər.
Az24.az Xezerxeber.az-a istinadla xəbər verir ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikilələrin aqibətini yenidən gündəmə gətirib.
Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirlən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaq.
İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-ci ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil. Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər.
Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilən evlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası keçirilə bilər. Bu isə o demədkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…