Bakıda yağışlı havalarda baş verən dəhşətli qəzalar – VİDEO
Bakıda yağışlı havalarda baş verən dəhşətli qəzaların görüntüləri yayılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Az24.az-a bildirilib ki, düzgün ara məsafəsinin saxlanılmaması və sürət qəzalara səbəb olur.
Yağışlı havalarda qəza riski daha çox artır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün əvvəlcədən deyildiyi kimi qaydalara əməl edilməlidir. Təəssüflər olsun ki, yağmurlu havalarda bəzi sürücülərin qaydalara əməl etməməsi səbəbindən paytaxt yollarında qəzalar baş verir. Xüsusilə də yük avtomobillərinin iştirakçı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir.
Bu cür havalarda yollarda sürət aşağı düşdüyündən baş verən qəzaların və texniki nasaz avtomobillərin yolda qalması da yaranan nəqliyyat sıxlığının müddətinin artmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir.
Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO