Aşan avtomobildən köməksiz qalanları belə çıxardılar – VİDEO
İsmayıllıda qarlı və şaxtalı hava şəraiti səbəbindən idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.
Az24.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə kömək üçün məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı