Həccə getmək istəyənlərin nəzərinə! – Fevralın 15-dək…

Həccə getmək istəyənlərin nəzərinə! – Fevralın 15-dək…

Cəmiyyət 03.01.2026 12:23 28

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi dünyadakı bütün Həcc missiyalarından qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir.

Az24.az xəbər verir ki, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq.

Qeyd edilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

Əlavə olaraq bildirilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək.

Reklam