Karakasda hərbi vəziyyət elan edildi – VİDEO (YENİLƏNDİ)

Karakasda hərbi vəziyyət elan edildi – VİDEO (YENİLƏNDİ)

Dünya 03.01.2026 11:30 7

Tramp Venesuela daxilindəki hədəflərə zərbələr endirməyi əmr etdi.

Az24.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, əmr hərbi obyektlərə zərbələr endirməyi də əhatə edir.

***

Amerika işğalının başlamasından sonra Karakas və Venesuelanın digər şəhərlərində hərbi vəziyyət elan edilib.

Az24.az xəbər verir ki, bu barədə “Military Observer” nəşri məlumat dərc edib.

Qeyd olunur ki,  Venesuela hərbi qüvvələri paytaxtdakı kritik obyektlərin yaxınlığında görünən hər kəsi saxlayır.  Həmçinin,  Venesuela zirehli texnikası Karakas küçələrində Miraflores prezident sarayının yaxınlığında görüntülənib.


(unikal)

***

ABŞ Ordusu və Dəniz Piyadaları Korpusunun Xüsusi Təyinatlı Qüvvələri Venesuelaya qarşı quru əməliyyatlarında iştirak edir.

Az24.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda ordu ilə desant qüvvələri arasında atışma baş verib.

Karakasa hava zərbələri də davam edir. ABŞ aviasiyası Marakaya şəhərindəki El Libertador aviabazasına və Marqatiya adasındakı Venesuela hərbi bazalarına zərbələr endirib.

Reklam