Venesuelanın müdafiə naziri ölüm xəbərini təkzib etdi – YENİLƏNDİ

Venesuelanın müdafiə naziri ölüm xəbərini təkzib etdi – YENİLƏNDİ

Dünya 03.01.2026 14:32 22

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez videomüraciət yayıb. 

Az24.az xəbər verir ki, o, müraciətində “Venesuela xalqının ABŞ hökumətinin ən cinayətkar hərbi təcavüzünə məruz qaldığını” bildirib.

“Qəhrəman Venesuela xalqı! Vətən əsgərləri! Bolivarın oğulları və qızları!

Bolivar Milli Silahlı Qüvvələri bütün dünyaya məlumat verir ki, bu gün səhər tezdən, 2026-cı il yanvarın 3-də Venesuela xalqı ABŞ hökuməti tərəfindən ən cinayətkar hərbi təcavüzə məruz qalıb.

Şərəf, vəzifə və tarix bizi çağırır. Hər guşədə azad Vətən nidası səslənsin! Qələbə bizim olacaq, çünki ağıl və ləyaqət bizi müşayiət edir! Biz qalib gələcəyik!”, – deyə o vurğulayıb. (unikal)

***

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-nin Karakasdakı evinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Bu  barədə “Military Observer” nəşri yazıb.

****

Venesuela müdafiə naziri Vladimir Padrino Lopesin evinin və paytaxtdakı limanın artilleriya atəşinə tutulduğunu iddia edilir.

Bu  barədə “Sky News Arabia” məlumat dərc edib.

Mənbələr telekanala Karakasdakı zərbələrin hədəfinin aviabazanın olduğunu bildirir.

“ABŞ Maduro rejimini devirmək üçün çalışır və müxalifəti dəstəkləyir”, – KİV qeyd edib. (unikal)

***

Venesuelanın paytaxtı Karakasda güclü partlayışlar başlayıb.

Az24.az Reuters-ə istinadən xəbər verir ki, şəhər üzərində ABŞ-ın “Chinook” ağır hərbi nəqliyyat helikopterlərinin iştirakı ilə hava hücumu həyata keçirir. İnternetdə Amerika helikopterlərinin Karakas üzərindəki videosu yayılıb.

CH-47 “Chinook” nəqliyyat helikopterlərindən əlavə, AH-64 “Apache” hücum helikopterlərinin də görüldüyü və hücumun hərbi obyektlərə yönəldiyi bildirilir. Karakasda partlayışlar davam edir.

Reuters xəbər verir ki, şəhərin cənub hissəsində böyük bir hərbi bazanın yaxınlığında elektrik enerjisi kəsilib.

Ölkənin şimal hissəsində, Hərbi Dəniz Akademiyasının yerləşdiyi Varqas ştatındakı La Quayra Hərbi Dəniz Bazasına ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri Su-30MKV qırıcı təyyarələrini havaya qaldırıb.

İlkin məlumatlara görə, Karakasdakı ən azı altı hədəfə hücum edilib. Bunlara Forte Tiuna bazası və Generalissimo Francisco de Miranda Hava Bazası, Varqasdakı La Quayra Hərbi Dəniz Bazası və çoxsaylı hərbi obyektlərin yerləşdiyi Karib dənizindəki Marqarita adası daxildir.

Şahidlər Karakasda atəş səsləri eşidildiyini bildiriblər. İlkin məlumatlara görə, Amerika qoşunları yerə enib. Yerli medianın məlumatına görə, quru döyüşləri davam edir. (musavat)

Reklam