Bu şəxslərə XƏBƏRDARLIQ: Səhhətinizdə problem yarana bilər

Bu şəxslərə XƏBƏRDARLIQ: Səhhətinizdə problem yarana bilər

Cəmiyyət 03.01.2026 09:41 41

Dünəndən Yer kürəsində zəif maqnit qasırğası başlayıb.

Az24.az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, hazırda planetin maqnit sahəsindəki dəyişikliklər beşballıq şkala üzrə G1 – yəni zəif səviyyə kimi qiymətləndirilir.

Yanvarın 2-dən etibarən Yer kürəsində qeydə alınan zəif maqnit qasırğası bəzi insanlarda səhhətlə bağlı narahatlıqlar yarada bilər. Həkimlər bildirirlər ki, G1 səviyyəli maqnit aktivliyi ciddi təhlükə hesab olunmasa da, meteohəssas şəxslər bu təsirləri daha çox hiss edə bilərlər. Bu dövrdə insanlarda baş ağrısı, başgicəllənmə, halsızlıq və tez yorulma halları müşahidə oluna bilər. Bəzi şəxslərdə arterial təzyiqin dəyişməsi, ürəkdöyünmə və sinir gərginliyi yarana bilər.

Mütəxəssislərin sözlərinə görə, maqnit qasırğası xüsusilə ürək-damar xəstəlikləri olanlar, yüksək təzyiqdən əziyyət çəkənlər və yaşlı insanlar üçün narahatlıq yarada bilər. Eyni zamanda yuxu pozuntuları, diqqət dağınıqlığı və əsəbilik kimi hallar da baş verə bilər.

Həkimlər bu günlərdə fiziki və psixoloji yüklənmədən uzaq durmağı, kifayət qədər istirahət etməyi və yuxu rejiminə diqqət yetirməyi tövsiyə edirlər. Onlar bol maye qəbul etməyi, ağır və yağlı qidalardan, eləcə də spirtli içkilərdən uzaq durmağın vacibliyini qeyd edirlər. Təzyiq və nəbzin mütəmadi nəzarətdə saxlanılması, həkim tərəfindən təyin olunan dərmanların vaxtında qəbul edilməsi də tövsiyələr sırasındadır.

Mütəxəssislər vurğulayırlar ki, əgər narahatlıq yaradan əlamətlər güclənərsə və ya uzun müddət davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır.

Dəniz

Reklam