Dünya əhalisinin sayı açıqlandı
2025-ci ildə Yer kürəsində yaşayan insanların sayı 8,2 milyardı keçib.
Az24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının apardığı genişmiqyaslı tədqiqatların nəticəsində məlum olub.
Açıqlanan statistikaya əsasən, dünya əhalisinin böyük hissəsi Asiya qitəsində cəmləşib. Belə ki, planetdə yaşayan insanların təxminən 59 faizi Asiyada, 19 faizi Afrikada, 9 faizi Avropada, 8 faizi Latın Amerikası və Karib regionunda, qalan 5 faizi isə Şimali Amerikada məskunlaşıb.
Hazırda dünyada əhalisi 100 milyonu keçən 16 dövlət mövcuddur. Bu siyahıya başçılıq edən Hindistanın əhalisi təqribən 1,46 milyard, Çinin əhalisi isə 1,41 milyard nəfər təşkil edir. Bu iki ölkə birlikdə dünya əhalisinin təxminən üçdə birini formalaşdırır. Sonrakı yerlərdə ABŞ, İndoneziya, Pakistan, Nigeriya və Braziliya qərarlaşıb.
Avropa qitəsində isə əhalisi 100 milyonu aşan ölkə yoxdur. Qitədə ən çox əhalisi olan dövlət Almaniyadır və burada yaşayanların sayı təxminən 80 milyon nəfərdir.
BMT mütəxəssisləri bildirir ki, qlobal əhali artımı təhlükəli həddə yaxınlaşıb və artıq kritik mərhələni keçib. Proqnozlara görə, Yer kürəsində yaşayan insanların sayı 2037-ci ildə 9 milyarda, 2060-cı ildə isə 10 milyarda çata bilər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO