Tam ştatlı müəllimlər nə qədər maaş alacaqlar? – Nazirdən AÇIQLAMA
Hazırlanmaqda olan “tam ştatlı müəllim” modeli müəllimlərin real gəlir səviyyəsinin daha düzgün qiymətləndirilməsini hədəfləyir.
AZ24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırkı rəqəmlər az dərs yükü ilə hesablanan maaşlara əsaslandığından, real vəziyyəti tam əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür yaradır. Yeni yanaşma isə müəllimin gəlirini yalnız əlavə dərs saatı götürməsindən asılı olmayan, daha stabil bir sistemə çevirməyi nəzərdə tutur.
Emin Əmrullayev vurğulayıb ki, “tam ştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır”. Bu səbəbdən yeni mexanizmin tətbiqində tələskənlik olmayacaq və bütün detallar ictimaiyyətə geniş şəkildə izah ediləcək.
Nazir əlavə edib ki, əməkhaqqı mexanizminin dəyişdirilməsi sadə proses deyil, lakin məqsəd müəllimin məktəb kollektivinin tamhüquqlu və stabil üzvünə çevrilməsi, həmçinin maddi vəziyyətinin daha etibarlı əsaslarla formalaşdırılmasıdır.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO