Elnarə Abdullayeva və Könül Kərimovadan incimişəm, bir dəfə olsun… – Rəqsanə

Elnarə Abdullayeva və Könül Kərimovadan incimişəm, bir dəfə olsun… – Rəqsanə

Şou 02.01.2026 15:50 85

Yeni həbsdən çıxan müğənni Rəqsanə İsmayılova həmkarları Elnarə Abdullayevadan və Könül Kərimovadan incidiyini bildirib.

Az24.az xəbər verir ki, müğənni “Tarixin bir günü” verişində qonaq olarkən həbsdə olduğu dövrdə onu və ailəsini yada salmayan həmkarlarından giley-güzar edib.

“Sənin arxanda hər şeyin olsa belə insanın gözü qapıda qalır. Elnarə Abdullayevadan çox incimişəm. Onun sənətinə çox hörmətim var. Ondan muğam öyrənmişəm. Məni bir daha axtarmadı. Elnarə xanım Moskvada konsert verəndə yanında olmuşam, dəstək olmuşam. Könül Kərimova dəfələrlə evimdə olub, süfrəmin başında oturub. Çıxandan sonra da bir mesaj yazmadı. Bəzi aparıcılar deyir ki, Rəqsanəni axtarmışam. Məni axtarmaq yox, anamı yoxlamaq lazım idi, anamın ona ehtiyacı vardı. Mən yaxın bildiyim insanların çətin məqamında zəng vurmuşam, onların çətin günlərində, yaslarında anamı göndərmişəm. Onların hamısından incimişəm.”

Dəniz

Reklam