ABŞ-dan vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyanı dərhal tərk edin!

ABŞ-dan vətəndaşlarına ÇAĞIRIŞ: Rusiyanı dərhal tərk edin!

Dünya 02.01.2026 13:56 20

ABŞ Dövlət Departamenti və Moskvadakı ABŞ səfirliyi Rusiyada yaşayan vətəndaşlarını ölkəni mümkün qədər tez tərk etməyə çağırıb.

Az24.az xəbər verir ki, rəsmi xəbərdarlıqda qeyd olunur ki, vətəndaşlar kommersiya nəqliyyatı ilə Rusiyanı tərk etməli, planlaşdırdıqları səfərləri təxirə salmalıdırlar.

Hökumətin açıqlamasında bildirilir ki, Rusiyada yaşayan ABŞ vətəndaşları yanlış ittihamlarla həbs oluna bilər, təhlükəsizlik riskləri və konsulluq yardımı məhdudluğu mövcuddur. Eyni zamanda kommersiya uçuşlarının məhdud olması səbəbindən ölkədən çıxışın mümkün qədər tez təmin olunması vacib sayılır.

ABŞ hökuməti vətəndaşlarına səfərdən çəkinməyi, mümkün olan ən qısa müddətdə ölkəni tərk etməyi tövsiyə edir və Rusiyada qalanların çox yüksək risk altında olduğunu vurğulayır.

Dəniz

Reklam