“Azəriqaz”dan smart kartlarda yaranan problemlə bağlı AÇIQLAMA
Qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Abonentlər bununla bağlı sosial şəbəkələrdə bildiriblər ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.
Paylaşımlarda qeyd edilir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.
Az24.az xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, problemlərdən xəbərdardırlar, lakin smart kartlara ödəniş edilməməsinin səbəbi terminallardır.
““Azəriqaz”ın sayğacları və smart kartlarında heç bir problem yoxdur. Yaranan narahatlıq terminallardakı texniki nasazlıq səbəbindən baş verib”, – deyə qurumdan bildirilib.
Məsələ ilə bağlı “Mpay” QSC APA-ya açıqlamasında bildirib ki, hazırda “Azəriqaz” xidmətində, xüsusilə “Zenner” kartları ilə ödənişlərlə bağlı texniki nasazlıq müşahidə olunur: “Problem ümumi “Azəriqaz” sistemindən qaynaqlanır və onun aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər aparılır.
Nasazlıq aradan qaldırıldıqdan sonra ödənişlərinizi terminallar vasitəsilə bərpa edə bilərsiniz”.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək