Güclü külək, duman, qar – FAKTİKİ HAVA
Azərbaycanın əksər bölgələrində yanvarın 2-si saat 10:00-a olan məlumata əsasən, yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Az24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir.
Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy, Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan, Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə, Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə 15 m/s-dək güclənir.
Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 m-dək məhdudlaşır.
Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin tədricən mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.
Reklam
Oxşar xəbərlər
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü