30 sm qar, 15 dərəcə şaxta – Azərbaycanın bu bölgəsi “donur”
Şimal-qərb bölgəsinə 30 sm qar yağıb.
Az24.az APA-ya istinadla bildirir ki, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.
Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur.
Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
12.01.2026
16:39
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
12.01.2026
16:36
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
12.01.2026
15:40
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
12.01.2026
14:54
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
12.01.2026
14:16
Sulu qar, qar yağacaq – Sabahın havası
12.01.2026
13:05
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
12.01.2026
12:35