Nailə Əkbərova vəfat etdi
Tanınmış telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.
AZ24.az xəbər verir ki, telejurnalistin vəfatı barədə məlumatı onun yaxınları təsdiqləyiblər.
Qeyd edək ki, Nailə Ənvər qızı Əkbərova 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb. Peşəkar fəaliyyətinə 1981-ci ildə Azərbaycan Dövlət Televiziyasında başlayan Nailə Əkbərova uzun illər televiziya sahəsində çalışıb.
1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib. Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.
O, “TRT Avaz” kanalında yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı kimi tanınıb. Nailə Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır. (oxu.az)


Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası