Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşir – BU TARİXDƏ

Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşir – BU TARİXDƏ

Cəmiyyət 01.01.2026 10:44 163

Bu il qadınların pensiya yaşı artırılacaq.

Az24.az xəbər verir ki, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılacaq.

Beləliklə, kişilər və qadınlar üçün pensiya yaşı bərabərləşəcək və bundan sonra qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Reklam