“Real Madrid”ə Mbappe ilə bağlı pis xəbər

“Real Madrid”ə Mbappe ilə bağlı pis xəbər

İdman 31.12.2025 22:20 23

La Liqada liderlik mübarizəsini davam etdirən “Real Madrid”ə ulduz futbolçusu Kilian Mbappedən pis xəbər gəlib.

AZ24.az xəbər verir ki, Fransalı hücumçu dizindən aldığı zədə səbəbilə bir müddət komandaya kömək edə bilməyəcək.

İspaniya mətbuatının yaydığı məlumata görə, son günlər dizində ağrılar hiss edən Mbappenin tibbi müayinəsi zamanı dizində lezyon aşkarlanıb. Həkimlər futbolçunun istirahət etməsini məqsədəuyğun hesab ediblər.

Bildirilir ki, Mbappe aldığı zədə səbəbilə ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun yanvar ayının sonlarında komandaya qayıtması gözlənilir.

Qeyd edək ki, Mbappe bu mövsüm “Real Madrid”in heyətində bütün turnirlər üzrə 24 oyunda meydana çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Reklam