Göyçayda ağır qəza: 5 nəfər xəsarət alıb

Göyçayda ağır qəza: 5 nəfər xəsarət alıb

Hadisə 31.12.2025 19:20 17

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZ24.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)

Reklam