Roberto Karlos Braziliyada xəstəxanaya yerləşdirildi – Əməliyyat olundu

Roberto Karlos Braziliyada xəstəxanaya yerləşdirildi – Əməliyyat olundu

İdman 31.12.2025 21:24 13

“Fənərbağça” və “Real Madrid” klublarının unudulmaz futbolçularından olan Roberto Karlos Braziliyada keçirdiyi istirahət zamanı səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

AZ24.az xəbər verir ki, Braziliya mətbuatının yaydığı məlumata görə, dünyaca məşhur sabiq futbolçu tətil zamanı özünü pis hiss edib və təcili olaraq xəstəxanaya aparılıb. Aparılan tibbi müayinələr, o cümlədən bədən üzrə MRT yoxlaması zamanı Karlosun ürəyi ilə bağlı problem aşkar edilib.

Həkimlərin qərarı ilə Roberto Karlos dərhal əməliyyata alınıb. Təxminən 4 saat davam edən cərrahi müdaxilənin uğurla başa çatdığı bildirilib.

Məlumata görə, sabiq futbolçunun vəziyyəti hazırda stabildir və o, ehtiyat tədbiri olaraq 48 saat ərzində həkim nəzarəti altında saxlanılacaq.

Reklam