“Atam Trampdır” iddiası: Türkiyəli qadın məhkəməyə müraciət etdi

“Atam Trampdır” iddiası: Türkiyəli qadın məhkəməyə müraciət etdi

Dünya 31.12.2025 17:01 114

Ankarada yaşayan Necla Özmen ABŞ Prezidenti Donald Trampın onun bioloji atası olduğunu iddia edərək məhkəməyə müraciət edib.

AZ24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Özmen Ankara 27-ci Ailə Məhkəməsində atalıq iddiası ilə çıxış edərək, atasının Donald Tramp olduğunu və bunun müəyyənləşdirilməsi üçün DNA testinin aparılmasını istəyib. O, iddiasını özünü böyüdən anasının 2017-ci ildə ona həqiqəti deməsi ilə əsaslandırıb.

Məhkəmə isə iddianın konkret və sübuta yetirilən dəlillərə əsaslanmadığını bildirərək, iddianı qəbul etməyib. Qərarda qeyd olunub ki, təqdim olunan məlumatlar hüquqi baxımdan kifayət etmir və bu səbəbdən iş üzrə araşdırma aparılması mümkün deyil.

Necla Özmen məhkəmənin qərarı ilə razılaşmadığını bildirərək işi apellyasiya instansiyasına daşıdığını, eyni zamanda ABŞ-nin Ankaradakı səfirliyinə və ABŞ məhkəmələrinə də müraciət etdiyini açıqlayıb.

Özmen Donald Trampla görüşmək istədiyini və yalnız bioloji atasının kim olduğunu öyrənmək niyyətində olduğunu bildirib.

 

Reklam