DİN-dən bayram günləri ilə bağlı çağırış – VİDEO
Daxili İşlər Nazirliyi bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib.
Nazirliyin mətbuat xidmətindən AZ24.az-a verilən məlumata görə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları milli birlik, qarşılıqlı hörmət və məsuliyyətin rəmzidir.
“Bu əlamətdar günlərin əmin-amanlıq şəraitində və xoş əhval-ruhiyyədə keçməsi üçün hamılıqla təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Bu günlərdə hər kəsdən ictimai yerlərdə nizam-intizamla davranmaq, kütləvi tədbirlərdə ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək xahiş və tələb olunur.
Bayramınız təhlükəsiz keçsin!” – məlumatda qeyd olunub.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR