Dövlət katibinin müavini Zəngəzur dəhlizi üçün Azərbaycana da gələcək
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Ermənistana səfər edib.
O, Baş nazir Paşinyan, xarici işlər naziri Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xüsusi elçi Rubinyanla görüşəcək.
Xanım diplomat “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi (Zəngəzur dəhlizi) və Ermənistan-Amerika memorandumları çərçivəsində Ermənistan-Amerika strateji tərəfdaşlığının gücləndirilməsi üçün gələcək addımları müzakirə edəcəklər.

Az24.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Huker İrəvanda sonra Azərbaycana da səfər edəcək.
O, Bakıda bir sıra rəsmilərlə görüşəcək və Tramp marşrutu ilə bağlı müzakirələr aparılacaq.
Regiona səfər 21 noyabr tarixinədək davam edəcək.
Qeyd edək ki, Alison Huker 2025-ci ilin 5 iyununda ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə 25-ci müavini kimi and içib və bundan öncə Ağ Evdə Prezidentin xüsusi köməkçisi, Asiya məsələləri və Koreya yarımadası üzrə baş direktor kimi çalışıb, eləcə də Dövlət Departamentinin Kəşfiyyat və Araşdırmalar Bürosunda Şimali Koreya üzrə baş analitik olub.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı