Osimhen Messini geridə qoydu: Rekordlara doğru irəliləyir

Osimhen Messini geridə qoydu: Rekordlara doğru irəliləyir

İdman 30.12.2025 11:10 22

“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimhen dünya futbolunda növbəti uğuruna imza atıb.

AZ24.az xəbər verir ki, klub və milli komanda forması ilə 2025-ci il ərzində ümumilikdə 46 qol vuran nigeriyalı hücumçu, dünyanın ən məhsuldar futbolçuları sırasında ilk dördlüyə yüksəlib.

Afrika Millətlər Kubokunda Tunisə qarşı keçirilən oyunda fərqlənən Osimhen, bu nəticə ilə ilin ən çox qol vuran futbolçuları siyahısında Lionel Messini geridə qoyub. Messi 54 oyunda 46 qol vurduğu halda, Osimhen eyni göstəriciyə 51 matçda çatıb.

Hazırda siyahıya 66 qolla Kilian Mbappe liderlik edir. Osimhen isə milli komandada vurduğu 32 qolla Nigeriya futbol tarixində rekorda bir addım daha yaxınlaşıb. Hücumçu milli formada 5 qol da vuracağı təqdirdə ölkəsinin ən məhsuldar futbolçusu olacaq.

Reklam