“Qalatasaray”ın keçmiş vitse-prezidenti barəsində həbs qərarı verildi
İstanbul Cümhuriyyət Baş Prokurorluğu “Qalatasaray”ın keçmiş vitse-prezidenti, tanınmış iş adamı Erden Timurla bağlı aparılan istintaq prosesində yekun qərar qəbul edib.
AZ24.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, İdman Cinayətləri İstintaq Bürosunda başlayan araşdırma çərçivəsində E. Timurun həm polisdə, həm də prokurorluqda verdiyi ifadələr təhlil edilib. Bundan sonra prokurorluq E. Timur haqqında “çirkli pulların yuyulması” ittihamı ilə həbs qərarı verib.
Qeyd edək ki, E. Timur ifadəsində qanunsuz mərc baronu kimi tanınan Veysel Şahinə 2014-2015-ci illərdə mənzil satdığını, lakin həmin dövrdə bu şəxsin qanunsuz fəaliyyətlərindən xəbərdar olmadığını bildirib.
Hazırda məhkəmənin həbs tələbi ilə bağlı qərarı gözlənilir. (qafqazinfo)

Reklam
Oxşar xəbərlər
Putinin iqamətgahına dronlarla hücum edildi
Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 3 polis həlak oldu (YENİLƏNDİ)
Avtomobillərə texniki baxış bahalaşır – Yeni tariflər bəlli oldu
Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
Bu məşhurlar da saxlanıldı
Ukrayna ilə Rusiya razılaşdı – Bu ərazidə atəşkəs elan olundu
Paşinyan baraban çaldı – VİDEO