“Dünyanın ən gözəl qızı” seçilmişdi – İllərdir davam edən iddialara cavab verdi – FOTOLAR
Uşaq yaşlarında “dünyanın ən gözəl qızı” seçilərək tanınan məşhur model Tilan Blondo (Thylane Blondeau) haqqında yayılan estetik iddialarına münasibət bildirib.
AZ24.az xəbər verir ki, hazırda 24 yaşında olan model sosial mediada illərdir davam edən şərhlərdən bezdiyini açıqlayıb.
Paris Moda Həftəsindəki son görüntüləri ilə yenidən gündəmə gələn Blondo, üzündə estetik əməliyyat etdirdiyi barədə iddiaları qəti şəkildə təkzib edib. O, gənclik dövrünə aid fotolarının açıq şəkildə mövcud olduğunu və üz cizgilərinin dəyişmədiyini bildirib.
Model açıqlamasında insanların hələ 10 yaşından etibarən onun haqqında bu cür şərhlər etdiyini deyərək, bu mövzunun artıq bağlanmalı olduğunu vurğulayıb. Blondo, özünü “ən gözəl qız” kimi təqdim edən yanaşmalardan da narahat olduğunu qeyd edərək, sadəcə adi bir insan olduğunu bildirib.

Reklam
Oxşar xəbərlər
Tanınmış müğənni Ülviyyəni təhqir etdi: “Tərbiyəsizdir, pis qızdır”
Nəvəmə Antalyadan ev aldım – Kubra Əliyeva
Röya Afaqdan şikayət etdi: Məni təqdim edə bilmir
Qumral ərinin ad gününü belə təbrik etdi – VİDEO
Nuradan heç vaxt salamlaşmadığı Roza haqqında ŞOK AÇIQLAMA