Sosial şəbəkədə xarici musiqiyə oynayan bağça müəllimlərin addımına sakinlərdən MÜNASİBƏT – VİDEO

Sosial şəbəkədə xarici musiqiyə oynayan bağça müəllimlərin addımına sakinlərdən MÜNASİBƏT – VİDEO

Cəmiyyət 29.12.2025 22:26 47

Oxuyurlar, əcnəbi musiqi sədaları altında rəqs edirlər… Tamaşaçılar isə azyaşlılardır…

AZ24.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Bakıdakı 105 saylı körpələr evi-uşaq bağçasındandır.

Saosial şəbəkələrdə yayılan bu görüntülər 105 nömrəli bağçadakı Yeni il tədbirində çəkilib. Görüntülərdə müəllimlərin bayram tədbirində yastıqla bdənə şəklini dəyişərək rəqs etdikləri əks olunub. Bu cür görüntünün uşaq bağçasında nümayiş edilməsini izləyicələr qınayıblar.

Görüntülərin çəkildiyi uşaq bağçasına yol aldıq. Görüntülərdəki müəllimlərin fikrini öyrənmək istədik, amma qapını üzümüzə açan olmadı. Bizdə fürsətdən istifadə edib azyaşlı doğmalarının yolu bağçadan keçən sakinlərin məsələyə münasibətini öyrəndik.

Məsələ ilə bağlı 105 saylı körpələr evi-uşaq bağçasından “Xəzər Xəbər”ə bildirildi ki, yayılmış görüntülərlə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Reklam