Bir ədəddən artıq gətirsəniz, 100 manat rüsum ödəyəcəksiniz
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
Az24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.
Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Reklam
Oxşar xəbərlər
Bu şəxslər kommunal limitlərdən AZAD OLUNA BİLƏR
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: Dekabrın 30-31-də…
Bu xidmətlərə görə də ƏDV alınacaq
Bu hərbçilərin hərbi xidmətdə olma müddəti artırıldı
Onlar üçün sosial sığorta haqqı dəyişir – SİYAHI
Nazir onu özünə müşavir təyin etdi – FOTO
Meteor yağışı olacaq – Bakıdan da görünəcək