Onlara ödənilən 90 manat dayandırılır
Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adambaşına maliyyələşmə çərçivəsində dövlət büdcəsindən vəsait ayrılmayacaq.
Az24.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxslər üzrə dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ödənilir.
Reklam
Oxşar xəbərlər
Əhaliyə HAVA XƏBƏRDARLIĞI: Dekabrın 30-31-də…
Bir ədəddən artıq gətirsəniz, 100 manat rüsum ödəyəcəksiniz
Bu xidmətlərə görə də ƏDV alınacaq
Bu hərbçilərin hərbi xidmətdə olma müddəti artırıldı
Onlar üçün sosial sığorta haqqı dəyişir – SİYAHI
Nazir onu özünə müşavir təyin etdi – FOTO
Meteor yağışı olacaq – Bakıdan da görünəcək