Özəl sektorda işləyənlər də vergi ödəyəcək – MƏBLƏĞLƏR

Özəl sektorda işləyənlər də vergi ödəyəcək – MƏBLƏĞLƏR

Cəmiyyət 29.12.2025 14:50 24

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Az2r4.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2500 manatadək 3 faiz
2500 manatdan 8000 manatadək 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2500 manatadək 5 faiz
2500 manatdan 8000 manatadək 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi
2500 manatadək 7 faiz
2500 manatdan 8000 manatadək 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi
8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi

Bildirilib ki, qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi istiqamətində aşağıdakılar həyata keçiriləcək:

proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirin məbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10% və 14% dərəcələri ilə);
sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə endirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%);
tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdan yuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%) endirilməsi
1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.

Reklam