Bu ərazilərə qar yağıb, 12 dərəcə şaxta olub – FAKTİKİ HAVA
Dekabrın 29-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Bu barədə Az24.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Yağan qarın hündürlüyü Qax, Şahbuzda 22, Qusarda 16, Qubada 14, Gədəbəydə 12, Şəkidə (Kişçay) 11, Xaltanda 6, Ordubadda 5, Qobustanda 4, Altıağac, Şərurda 3, Culfa, Sədərək, Qusarda 2 sm -dir.
Düşən yağıntının miqdarı Şamaxı, Astarada 6, Oğuzda 5, Cocuq-mərcanlı, Qəbələ, Altıağac, Lənkəran, Lerikdə 4, Culfa, İsmayıllı, Şəki, Şabran, Yardımlıda 3, Zaqatala, Qax, Neftçalada 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Naxçıvan, Balakən, Tərtər, Kürdəmir, Sabirabad, Beyləqan, Biləsuvarda 1 mm-dir.
Daşkəsən, Qəbələ, Şəki, Qobustan, Şamaxı, Qusar, Qrız, Göyçay, Kürdəmir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcə, Naxçıvan MR-da 10, Aran rayonlarında 5, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.
Reklam
Oxşar xəbərlər
Bir ədəddən artıq gətirsəniz, 100 manat rüsum ödəyəcəksiniz
Bu xidmətlərə görə də ƏDV alınacaq
Bu hərbçilərin hərbi xidmətdə olma müddəti artırıldı
Onlar üçün sosial sığorta haqqı dəyişir – SİYAHI
Nazir onu özünə müşavir təyin etdi – FOTO
Meteor yağışı olacaq – Bakıdan da görünəcək
Onlara ödənilən 90 manat dayandırılır
Özəl sektorda işləyənlər də vergi ödəyəcək – MƏBLƏĞLƏR