Trampla Zelenski arasında görüş baş tutdu  – Sülh danışıqlarında dönüş

Trampla Zelenski arasında görüş baş tutdu – Sülh danışıqlarında dönüş

Dünya 29.12.2025 11:12 14

Dekabrın 28-də ABŞ Prezidenti Donald Tramp ilə Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında görüş baş tutub. Görüş ABŞ-ın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında təşkil olunub və əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün sülh planı olub.

Az24.az xəbər verir ki, Tramp görüşdən sonra jurnalistlərə bildirib ki, hazırda Ukrayna ilə Rusiya arasında sülhə nail olmaq üçün irəliləyişə doğru addımlar atılır və danışıqlar bu istiqamətdə davam etdiriləcək. O, bu prosesin çox mürəkkəb olduğunu da vurğulayıb.

Həmçinin Tramp və Zelenski arasında olan müzakirələrdə tərəflər təxminən 20 maddədən ibarət sülh planı üzərində işlədiklərini təsdiqləyiblər və bəzi məsələlərdə 90-95% səviyyəsində razılığın əldə edildiyini bildiriblər. Bununla belə həll olunmamış, xüsusilə Donbas bölgəsinin statusu kimi çətin məsələlərin hələ də gündəmdə qaldığı qeyd olunub.

Zelenski görüşdən sonra sülh prosesində irəliləyiş əldə olunacağına ümid etdiyini və müzakirələrin davam etməsinin vacib olduğunu vurğulayıb.

Görüşün sonunda liderlər Avropa ölkələrinin liderləri ilə telefon danışığı aparıb və Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olması üçün əlavə diplomatik səylərin göstəriləcəyini bildiriblər.

Dəniz

Reklam