Röya Afaqdan şikayət etdi: Məni təqdim edə bilmir
Xalq artisti Röya Ayxan aparıcı Afaq Gəncəli ilə illər öncə yaşadığı qalmaqaldan danışıb.
Az24.az xəbər verir ki, “Pərvizə görə” verilişində qonaq olan Xalq artisti Afaqın onu tədbirlərdə düzgün təqdim etmədiyindən şikayətlənib:
“Toylarda təqdimat məsələsi məni narahat edir. Buna görə, Afaqdan küsmüşəm. Sözümü həm qulağına, həm də mikrofona demişəm. Elə bil məni təqdim etməyə qorxdu. Bilirsiz nə dedi? “İndi isə oxuyur populyar Röya!”. Dedim, ay qız nə danışırsan? Onda mən də deyim ki, 50 il bundan əvvəlki maqazin verilişi “10lar”ın aparıcısı? Amma hamımız səbi Afaq Gəncəli kimi tanıyırıq. Düzdü, sonradan bu problemi həll etdik. Amma yenə də ürəkdən təqdim edə bilmir. Nəsə var o qızda, ya qorxur, ya da… Bəlkə də indi təqdim edə biləcək. Başa düşdün də. Mən kiməmsə, necəyəmsə, elə də təqdim etsinlər. 25 ilimi verdim ki, desinlər, “İndi isə oxuyur, populyar müğənni Röya?”. Məni qəşəng, ürəkdən təqdim etsinlər”.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tanınmış müğənni Ülviyyəni təhqir etdi: “Tərbiyəsizdir, pis qızdır”
Nəvəmə Antalyadan ev aldım – Kubra Əliyeva
Qumral ərinin ad gününü belə təbrik etdi – VİDEO
Nuradan heç vaxt salamlaşmadığı Roza haqqında ŞOK AÇIQLAMA