Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 3 polis həlak oldu (YENİLƏNDİ)

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 3 polis həlak oldu (YENİLƏNDİ)

Dünya 29.12.2025 09:37 13

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub.

Az24.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib

***

Türkiyədə hüquq-mühafizə orqanları Yalova vilayətində İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirib.

Az24.az-ın məlumatına görə, əməliyyat zamanı şübhəli şəxslər polisə silahlı müqavimət göstərərək atəş açıblar. Qarşıdurma nəticəsində yeddi polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə dərhal xüsusi təyinatlı qüvvələr cəlb olunub. Bildirilir ki, gecə saatlarında başlayan silahlı toqquşma bir neçə saat davam edib. Yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə olmadığı, səhhətlərinin stabil olduğu qeyd olunur.

Reklam