Günün qoroskopu: Bürcləri vacib dəyişikliklər gözləyir
29 dekabr tarixində ulduzlar bir çox bürclər üçün qərar vermə, maliyyə məsələləri və emosional balans mövzularını ön plana çıxarır. Gün ərzində atılan addımlar yaxın gələcəyə birbaşa təsir göstərə bilər. Astroloqlar səbirli olmağı və tələsmədən hərəkət etməyi tövsiyə edirlər.
Qoç
Bu gün enerjiniz yüksəkdir, lakin emosional reaksiyalarınız sizi çətin vəziyyətə sala bilər. İş həyatında gözlənilməz təkliflər gündəmə gələ bilər. Maliyyə baxımından riskli addımlardan çəkinmək məsləhətdir. Sevgi münasibətlərində isə açıq ünsiyyət vacib olacaq.
Buğa
Sabah diqqət mərkəzində daha çox ailə və şəxsi münasibətlər olacaq. Keçmişdə yarımçıq qalan mövzular yenidən gündəmə gələ bilər. Maddi məsələlərdə ehtiyatlı davranmaq lazımdır. Günün ikinci yarısı müsbət xəbərlər ala bilərsiniz.
Əkizlər
Ünsiyyət və görüşlər baxımından aktiv gün sizi gözləyir. Yeni tanışlıqlar gələcək üçün faydalı ola bilər. İş həyatında sürətli qərarlar verməkdən qaçın. Sevgi münasibətlərində isə kiçik anlaşılmazlıqlar yarana bilər.
Xərçəng
Maliyyə məsələləri bu gün ön plandadır. Gəlir və xərclərinizi yenidən nəzərdən keçirmək üçün uyğun zamandır. İş yerində məsuliyyətiniz arta bilər. Emosional baxımdan özünüzü bir qədər yorğun hiss edə bilərsiniz.
Şir
Ulduzlar sizin tərəfinizdədir. Özünüzə inamınız artacaq və diqqət mərkəzində olacaqsınız. Yeni layihələrə başlamaq üçün əlverişli gündür. Sevgi həyatında xoş sürprizlər mümkündür. Maddi baxımdan isə stabillik qorunur.
Qız
Bu gün daha çox daxili dünyanıza qapıla bilərsiniz. Tək qalmaq və düşünmək ehtiyacı arta bilər. İş həyatında gizli qalan məsələlər üzə çıxa bilər. Sağlamlığınıza diqqət yetirmək tövsiyə olunur.
Tərəzi
Dostluq və sosial münasibətlər ön plana çıxır. Komanda işlərində uğur əldə edə bilərsiniz. Maliyyə ilə bağlı planlarınızı paylaşmaq üçün uyğun gündür. Sevgi münasibətlərində isə harmoniya hiss olunacaq.
Əqrəb
Karyera və iş həyatı ilə bağlı önəmli inkişaflar yaşana bilər. Rəhbərliklə münasibətlərdə diqqətli olun. Maliyyə baxımından gözlənilən bir ödəniş gündəmə gələ bilər. Emosional qərarlardan qaçın.
Oxatan
Yeni planlar və gələcək hədəflər barədə düşüncələr artacaq. Təhsil, səyahət və hüquqi məsələlərdə müsbət inkişaflar mümkündür. Sevgi həyatında isə səmimi söhbətlər münasibətləri gücləndirəcək.
Oğlaq
Maddi və ortaq maliyyə məsələləri diqqət tələb edir. Borc-alacaq mövzularında aydınlıq yarana bilər. Psixoloji olaraq özünüzü daha güclü hiss edəcəksiniz. Günün sonunda rahatlama hissi yaşanacaq.
Dolça
İkili münasibətlər bu gün əsas mövzudur. Partnyorunuzla vacib qərarlar müzakirə oluna bilər. İş həyatında isə gözlənilməz dəyişikliklər mümkündür. Səbirli davranmaq faydalı olacaq.
Balıqlar
Gündəlik işlər və sağlamlıq mövzuları ön plana çıxır. İş yükü arta bilər, lakin planlı hərəkət etsəniz, çətinliklərin öhdəsindən gələ bilərsiniz. Sevgi həyatında isə anlayışlı davranmaq vacibdir.
Reklam
Oxşar xəbərlər
Pulu özünə çəkən 4 bürc — Hər işləri bərəkətli olur
2026-cı ildə varlanacaq bürclər
Qış bu bürclüərə problemləri unutduracaq
Günün Qoroskopu: Ulduzlar sizə bu gün nə məsləhət görür?
Öləcəklərini bilsələr də, xəyanət etməzlər – Ən etibarlı 3 bürc
4 bürcə XƏBƏRDARLIQ – 2026-cı ilə problemlərlə başlayacaqlar
Gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR