“Fənərbağça” daha bir transferi bitirdi

“Fənərbağça” daha bir transferi bitirdi

İdman 28.12.2025 21:34 22

Türkiyənin “Fənərbağça” klubu heyətini gücləndirmək üçün daha bir transferi yekunlaşdırıb.

AZ24.az xəbər verir ki, “sarı-lacivərtlilər” Niderland “Utrext”ində çıxış edən 25 yaşlı sol cinah müdafiəçisi Sufyan Əl-Karvani ilə razılıq əldə edib.

İstanbul təmsilçisi həm futbolçu, həm də klubla bütün şərtlər üzrə anlaşmanı təmin edib. Premyer Liqa da daxil olmaqla bir neçə çempionat klubundan təklif alan Əl-Karvani karyerasını “Fənərbağça”da davam etdirməyə qərar verib.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxan Souffian El Karouani 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Reklam