Bakıda “avtoşluq” edən sürücü həbs edildi

Bakıda “avtoşluq” edən sürücü həbs edildi

Hadisə 28.12.2025 17:28 18

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Tofaş” markalı 99-KG-772 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Asif Abbaszadə saxlanılıb.

Az24.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü A.Abbaszadənin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 gün inzibati qaydada həbs edilib.

Reklam