Ukrayna ilə Rusiya razılaşdı – Bu ərazidə atəşkəs elan olundu
Ukrayna ilə Rusiya arasında Zaporojye Atom Elektrik Stansiyası ətrafında müvəqqəti atəşkəs elan edilib.
Az24.az xəbər verir ki, 2022-ci ilin mart ayında Rusiya tərəfindən nəzarətə götürülən stansiyada atəşkəsin əsas məqsədi elektrik xətlərinin təmirinə şərait yaratmaqdır.
Bu barədə “Reuters” agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) istinadən məlumat yayıb.
MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, elektrik xətlərinin bərpası ilə bağlı işlərin təhlükəsiz şəkildə aparılması üçün stansiya yaxınlığında bir neçə gün davam edəcək atəşkəs razılaşdırılıb.
Hazırda Zaporojye AES-i enerji ilə təmin edən xətlərin təmiri davam edir. Qurum vəziyyətin diqqətlə izlənildiyini və təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayıb.
Dəniz
Reklam
Oxşar xəbərlər
Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 3 polis həlak oldu (YENİLƏNDİ)
Avtomobillərə texniki baxış bahalaşır – Yeni tariflər bəlli oldu
Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
Bu məşhurlar da saxlanıldı
Paşinyan baraban çaldı – VİDEO
Rusiya Ukraynada bu şəhərləri ələ keçirdi
Türkiyə gözəli və məşhur reper saxlanıldı