Türkiyə gözəli və məşhur reper saxlanıldı

Türkiyə gözəli və məşhur reper saxlanıldı

Dünya 28.12.2025 12:28 21

Türkiyədə keçirilən əməliyyat zamanı “Miss Türkiyə – 2016” gözəli Buse İskenderoğlu və tanınmış reper Ege Karataşlı polis tərəfindən saxlanılıb.

Az24.az xəbər verir ki, məlumata görə, İstanbulda aparılan genişmiqyaslı istintaq çərçivəsində bir neçə ünvanda əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində şou-biznes nümayəndələri də daxil olmaqla bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında 2016-cı ildə “Miss Türkiyə” tituluna layiq görülmüş Buse İskenderoğlu və reper Ege Karataşlının da olduğu bildirilir.

Hər iki şəxs ifadələrinin alınması üçün polis idarəsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam etdirilir. Saxlanılmanın səbəbləri və istintaqın detalları barədə hələlik rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib.

Qeyd edək ki, son dövrlər Türkiyədə şou-biznes və sənət cameəsində tanınmış simaların adının hallandığı istintaqlar ictimaiyyətin diqqət mərkəzindədir. Mövzu ilə bağlı rəsmi məlumatlar açıqlandıqca əlavə informasiyalar təqdim ediləcək.

Dəniz

Reklam