Kriştiano Ronaldo şou göstərdi – “Əl-Nəsr” mövsümə 10-da 10-la başladı
Səudiyyə Ərəbistanı Pro Liqasının 10-cu turu çərçivəsində “Əl-Nəsr” doğma meydanda “Əl-Axdud”u 3:0 hesabı ilə məğlub edib.
AZ24.az xəbər verir ki, “Əl-Əvvəl Park” stadionunda keçirilən qarşılaşmada “Əl-Nəsr”in qələbəsində əsas pay sahibi Kriştiano Ronaldo olub. Portuqaliyalı ulduz futbolçu oyunun 31-ci və 45+3-cü dəqiqələrində fərqlənərək dubl edib. Qarşılaşmada son nöqtəni isə 90+4-cü dəqiqədə Joao Feliks qoyub.
Bu qollarla Kristiano Ronaldo peşəkar karyerasında vurduğu qolların sayını 956-ya çatdırıb və 1000 qol həddinə bir addım da yaxınlaşıb.
Qeyd edək ki, Jorge Jesusun rəhbərlik etdiyi “Əl-Nəsr” mövsümün ilk 10 oyununda da qalib gələrək xalını 30-a yüksəldib. Bununla da komanda Səudiyyə Ərəbistanı Liqası tarixində mövsümə 10-da 10-la başlayan ilk klub olub.
Reklam
Oxşar xəbərlər
Kənan Yıldız klubla razılığa gəldi – Yeni müqavilə və rekord maaş
“Fənərbağça” daha bir transferi bitirdi
“Qarabağ”ın futbolçusu İspaniya klubuna keçdi
Dünya Karate Federasiyasından Rafael Ağayevlə bağlı paylaşım – FOTO
“Beşiktaş” onlarla yollarını ayırdı
Prezidentin təltif etdiyi idmançılar kimlərdir? – FOTO
“Fənərbaxça”nın prezidenti ilə bağlı qərar verildi
Futbolda FETÖ istintaqı: 4 nəfər həbs edildi